Finlandiya prezidenti Aleksander Stubb bildirib ki, Baltikyanı ölkələrin liderləri Finlandiyanın qaçqınların geri qaytarılması ilə bağlı qanununu müsbət qiymətləndirir və ola bilsin ki, onlar bunu kopyalayacaqlar.
Qaziler.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Stubb vurğulayıb ki, Avropada sığınacaqla bağlı qanunların köhnəldiyi və instrumental miqrasiyanın sığınacaq istəməkdən fərqli olduğu anlayışı var. Onun sözlərinə görə, hər şey təhlükəsizlikdən, eləcə də ölkənin düşdüyü vəziyyətdən gedir.
Finlandiya prezidenti sərhədlərin indi və ya sonra açılacağı barədə bir şey bilmədiyini vurğulayıb.
QAZİLER.AZ