“Ukrayna sakinləri ölkə prezidenti Volodimir Zelenskinin nə qədər legitim olduğuna qərar verməlidirlər”.
Qaziler.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto “RİA Novosti”yə bildirib. Onun sözlərinə görə, Zelenski Macarıstanın rəhbəri deyil, ona görə də bu məsələ ölkənin gündəmində deyil.
“Buna ukraynalılar qərar verəcək. Zelenski Macarıstanın prezidenti deyil. Ona görə də Allaha şükürlər olsun ki, bu məsələ bizim gündəmimizdə olmamalıdır”, - deyə Siyarto bildirib.
Nazir bir müddət əvvəl bildirib ki, dünyanın siyasi mərkəzləri olan Avropa İttifaqı, ABŞ və Çin Ukrayna münaqişəsinin həllinə tərəfdar çıxmalıdır. Onun sözlərinə görə, bu, Rusiya və Ukraynanın danışıqlar masası arxasına əyləşməsi üçün əsas şərtdir.
QAZİLER.AZ