HƏMAS-ın hücumundan sonra İsraili tərk edənlərin sayı kəskin artıb

HƏMAS-ın hücumundan sonra İsraili tərk edənlərin sayı kəskin artıb backend

Fələstinin HƏMAS qruplaşmasının 7 oktyabr hücumundan və bundan sonra Qəzzada baş verən müharibədən sonra İsraili birdəfəlik tərk edən israillilərin sayı kəskin artıb.

Qaziler.az bildirir ki, bu barədə İsrail mediası bəzi mənbələrə istinadla məlumat yayıb.

Mərkəzi Statistika Bürosunun məlumatları 2023-cü ilin oktyabr ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 285% artım göstərir.

Növbəti ay tendensiya tərsinə dönüb: 2023-cü ilin noyabrından 2024-cü ilin martına qədər 30.000 israilli ölkəni daimi olaraq tərk edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 14% azdır.

Məlumatlar həmçinin xaricdən qayıdan israillilərin sayında 21% azalma olduğunu göstərir, 2023-cü ilin oktyabrından 2024-cü ilin martına qədər İsrailə qayıdanların sayı bir il əvvəlki 11 231 nəfərlə müqayisədə 8 898 nəfər olub.

QAZİLER.AZ

Diaspora