Dubay şahzadəsi Mahra bin Mohammed bin Raşid Al Maktum əri Məhəmməd bin Rəşid bin Mana Al Maktumdan boşandığını açıqlayıb.
Qaziler.az xəbər verir ki, o, bu barədə “instagram”da məlumat verib
"Əziz ərim! Başqaları ilə məşğul olduğunuz üçün boşanmamızı elan edirəm! Səndən boşanıram, səndən boşanıram, səndən boşanıram. Ehtiyatlı ol. Sənin keçmiş həyat yoldaşın”, - deyə Dubay əmirinin qızı yazıb.
Cütlük artıq sosial şəbəkələrdə bir-birini izləməyi dayandırmaqla yanaşı, birlikdə olduqları bütün şəkilləri də siliblər. Lakin onlar hələ ki rəsmi açıqlama verməyiblər.
QAZİLER.AZ