Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo Ursula fon der Leyenin yenidən Avropa Komissiyasının rəhbəri vəzifəsinə seçilməsini biabırçılıq adlandırıb.
Qaziler.az xarici mətbuatına istinadən bildirir ki, o, siyasətçinin namizədliyini 401 avropalı deputatın dəstəklədiyinə diqqət çəkib. 284 nəfər əleyhinə, 15 avropalı deputat isə bitərəf qalıb.
"Biabırçılıqdır!" – o, iyulun 18-də X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.
Filipponun sözlərinə görə, bu qərarın səbəbi birləşmənin özündədir və buna görə də o, Avropa İttifaqını "məhv etməyə" çağırıb.
“Problem Aİ-nin özündədir! Biz onu təcili ləğv etməliyik!” - deyə siyasətçi yekunlaşdırıb.
QAZİLER.AZ