Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib backend

Böyük Britaniya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə görə Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Bu barədə RBC-Ukrayna Britaniya hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Britaniya sanksiyalar rejimi çərçivəsində dəniz gəmilərinə qarşı 11 yeni sanksiya əlavə edib. Gəmilərə, o cümlədən “Zaliv Amurski” və “SCF Peçora” gəmilərinə qoyulan məhdudiyyətlər neft və ya neft məhsullarının Rusiyadan üçüncü ölkəyə daşınması ilə bağlıdır.

"Gəmilərin Panama, Qabon və Kuk adalarının bayraqları ilə üzdüyü güman edilir", - hökumət bildirişində deyilir.

QAZİLER.AZ

Diaspora