"Nokia" rəhbəri Avropanı texnoloji cəhətdən geridə qalmış adlandırdı

"Nokia" rəhbəri Avropanı texnoloji cəhətdən geridə qalmış adlandırdı backend

“Nokia” şirkətinin baş direktoru Pekka Lundmark Avropanın texnoloji tərəqqi baxımından dünyanın digər regionları ilə müqayisədə geri qaldığı qənaətindədir.

Qaziler.az xəbər verir ki, o, bu barədə Finlandiyanın STT xəbər agentliyinə müsahibəsində bildirib.

Lundmark əmindir ki, Avropada rəqəmsal infrastruktur kifayət qədər tez və ya səmərəli şəkildə inkişaf etmir. Buna görə də o, Avropa Komissiyasını hazırkı mandatı dövründə vahid texnologiya bazarı yaratmağa çağırıb.

“Aİ iqtisadi rəqabət qabiliyyətini bərpa etmək istəyirsə, o, süni intellekt, bulud texnologiyaları və şəbəkələri qəbul etməli və innovasiyalar üçün daha yaxşı bir evə çevrilməli, tədqiqat və inkişafa investisiyaları dəstəkləməli, daxili bazarı dərinləşdirməlidir və biznes üçün daha əlverişli mühit yaratmalıdır”, - Lundmark deyib.

Qeyd edilib ki, “Nokia Corporation” telekommunikasiya avadanlığının dünya üzrə aparıcı istehsalçısı olsa da, onun baş ofisi Finlandiyanın Espoo şəhərində yerləşir və şirkətin 130-dan çox ölkədə nümayəndəliyi var.

QAZİLER.AZ

Diaspora