Polşa Belarusla sərhəddə hərbi personalının sayını demək olar ki, üç dəfə artıracaq.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Polşanın Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, hazırda sərhəddə təxminən 6 min Polşa əsgəri var, avqustun 1-dən orada 17 minə qədər hərbi qulluqçu yerləşdiriləcək.
“Avqustun 1-də yeni missiya işə başlayacaq. İki əməliyyat başa çatacaq - biri təlim, digəri isə sərhəd mühafizəsi. Bu, 17 minə qədər hərbçinin iştirak edəcəyi bir əməliyyatı olacaq”, - Polşa Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.
QAZİLER.AZ