Kiprin müdafiə naziri Vasilis Palmas adanın Şərqi Aralıq dənizindəki cənub sahilində humanitar yardımların çatdırılması da daxil olmaqla müxtəlif missiyalar üçün Avropa İttifaqı və digər ölkələrdən böyük gəmiləri qəbul edə biləcək böyük dəniz bazası tikmək planlarının davam etdiyini bildirib.
Qaziler.az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında deyib ki, Kiprin Yaxın Şərqdə Avropa Birliyinin ən yaxın üzvü kimi son vaxtlar artan geosiyasi rolu regiona yönəlmiş siyasətləri dəstəkləyə biləcək infrastrukturun yaradılmasını tələb edir.
Son aylarda Kipr müharibədən zərər çəkmiş Qəzza zolağına pulsuz humanitar yardımın toplanması və çatdırılması üçün tranzit məntəqəyə çevrilib. Humanitar yardım Kiprin Larnaka limanından təhlükəsizlik yoxlamalarından keçdikdən sonra Fələstin ərazisinə göndərilir. Palmas bildirib ki, bazanın tikintisi regionda siyasətin həyata keçirilməsinə “həlledici töhfə verəcək”.
QAZİLER.AZ