Bu ölkədə ekologiyanı qoruyan turistlər mükafatlandırılacaqlar

Bu ölkədə ekologiyanı qoruyan turistlər mükafatlandırılacaqlar backend

Danimarkanın paytaxtı Kopenhagenə gələn və səyahət zamanı "ekoloji cəhətdən məsuliyyətli" olan turistlər pulsuz içkilər, yeməklər və əyləncə ilə mükafatlandırılacaqlar.

Qaziler.az xəbər verir ki, bu barədə “The İndependent” yazır.

Qeyd edilib ki, şəhərin turizm idarəsi bu yay turistləri ətraf mühitə uyğun hərəkət etməyə təşviq etmək üçün “CopenPay” proqramını təqdim edib.

Layihədə Danimarka Milli Muzeyi, CopenHill ictimai məkanı, Yaşıl Kayak su fəaliyyət mərkəzi və Absalon yemək zalı da daxil olmaqla 24 attraksion iştirak edir. Turistlər həmçinin pulsuz qəhvə, kokteyllər, dondurma, velosiped kirayəsi, orqanik yeməklər, qayıq turları və Kopenhagenin süni yamacında xizək sürmək kimi mükafatlar ala biləcəklər.

QAZİLER.AZ

Diaspora