Almaniya sakinləri Merkel üçün darıxıb

Almaniya sakinləri Merkel üçün darıxıb backend

Almaniya kansleri Angela Merkelin postunu tərk etməsindən sonra almanların 60%-dən çoxu həyat səviyyəsinin pisləşdiyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə siyasətçinin 70 illik yubileyinə həsr olunmuş sosial sorğunun məlumatlarında yer alıb.

Almaniya əhalisi arasında sorğu 2024-cü il iyulun 28-dən iyulun 3-dək 2030 nəfərdən ibarət statistik seçmə arasında aparılıb. Respondentlərin 61%-nin fikrincə, Merkel getdikdən sonra ölkədə vəziyyət daha da pisləşib. Respondentlərin 7%-i şəraitin yaxşılaşdığını bildirib. Sorğu iştirakçılarının 25%-i isə vəziyyətin olduğu kimi qaldığını deyib.

Yalnız 28% vəziyyətin pisləşməsində Olaf Şolsun rəhbərlik etdiyi hazırkı Almaniya hökumətini, 15% isə beynəlxalq amilləri günahlandırıb. Respondentlərin yerdə qalan 57%-i hesab edir ki, vəziyyətin pisləşməsi hər ikisindən qaynaqlanır.

Qeyd edək ki, Angela Merkel 8 dekabr 2021-ci ildə Avropada enerji böhranı fonunda Almaniya kansleri postunu tərk edib.

QAZİLER.AZ

Diaspora