Lavrov İsrailin nümayəndəsinə istehza ilə müraciət etdi

Lavrov İsrailin nümayəndəsinə istehza ilə müraciət etdi backend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfilddən səhv otaqda olub-olmadığını soruşub.

Qaziler.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” dərc edib.

“Yeri gəlmişkən, mən ABŞ-ın möhtərəm nümayəndəsindən soruşmaq istəyirəm: bu gün İsrail nümayəndəsini dinləyərkən yanlış otaqda olduğunuzu və elan edilmiş yanlış müzakirəyə gəldiyinizi hiss etdinizmi?”, Rusiya diplomatiyasının rəhbəri bildirib.

Lavrovun iradı onunla əlaqədar olub ki, Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş görüşdə Tomas-Qrinfild çıxışının böyük hissəsini Ukrayna böhranına həsr edib.

QAZİLER.AZ

Diaspora