Şahzadə Keyt Middlton Uimbldona tennis klubunun rənglərində paltar geyinib.
Qaziler.az xəbər verir ki, bu barədə “Page six” məlumat yayıb.
Uels şahzadəsi Keyt Middlton mart ayında xəstəliyi aşkar edildikdən sonra ikinci dəfə ictimaiyyət qarşısında çıxış edərək, Uimbledon tennis turnirinin final oyununda iştirak edib. Çıxış üçün o, parlaq bənövşəyi paltar seçib. Məlum olub ki, rəng seçimi Keyt Middltonun rəsmi rəngləri bənövşəyi və yaşıl olan Bütün İngiltərə Tennis və Kroket Klubunun (AELTC) himayədarı olması ilə bağlı olub. Geyimindəki kəpənək sancağı belə klubun rəng palitrasında hazırlanıb.
Qeyd edək ki, şahzadənin əvvəlki ictimai çıxışı iyunun 15-də Kral III Çarlzın doğum günü münasibətilə keçirilən mərasimdə baş tutub.
QAZİLER.AZ