Litva belaruslar üçün giriş qaydalarını sərtləşdirir

Litva belaruslar üçün giriş qaydalarını sərtləşdirir backend

Litva Belarusda qeydiyyatda olan minik avtomobillərinin ölkəyə girişini qadağan edir.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə Litva gömrük idarəsinin mətbuat xidməti məlumat yayıb. Qadağanın iyulun 18-dən qüvvəyə minəcəyi qeyd olunub. Bu, sahiblərinin hansı vətəndaşlığa malik olmasından asılı olmayaraq istənilən avtomobilə şamil edilir.

“İyulun 18-i saat 00:00-dan etibarən Belarus dövlət nömrə nişanlı avtomobillər Avropa İttifaqının ərazisinə buraxılmayacaq. Aİ ərazisinə giriş qadağası sahibinin və ya sürücüsünün vətəndaşlığından asılı olmayaraq minik avtomobillərinə şamil edilir”, - gömrük qeyd edib.

QAZİLER.AZ

Diaspora