Ukraynada hərbi xidmətə çağırış yaşı 18 yaşa endirilə bilər

Ukraynada hərbi xidmətə çağırış yaşı 18 yaşa endirilə bilər backend

Qərb tərəfdaşları Kiyevdən hərbi xidmətə çağırış yaşının aşağı həddinin 25-dən 18 yaşa dəyişdirilməsini tələb edirlər.

Qaziler.az xəbər verir ki, bunu Ali Radanın keçmiş deputatı Spiridon Kilinkarov “NEWS.ru”ya müsahibəsində bildirib. Onun fikrincə, nəticə etibarı ilə Ukrayna hakimiyyəti belə tədbirlər görə bilər.

“Qərb bunu tələb edir, çünki qocalar döyüşür. Tərəfdaşlar hesab edir ki, döyüşlərdə gənclər iştirak etməlidir. Hələ ki, siyasi müstəvidə belə bir qərar verilməyib, amma verilə bilər. Bu, səfərbərlik resursunu xeyli genişləndirəcək”, - deyə siyasətçi hesab edir.

QAZİLER.AZ

Diaspora