Parisin meri Şreklə müqayisə edildi

Parisin meri Şreklə müqayisə edildi backend

Fransada sosial şəbəkə istifadəçiləri Paris meri Anne Hidalqonu cizgi filmindəki Şreklə müqayisə ediblər. Buna səbəb bələdiyyə sədrinin Sena çayında çimməsi olub.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu yolla Paris meri çayın üzgüçülük yarışları üçün uyğun olduğunu sübut etməyə çalışıb.

Ancaq bu cür nümayişlər fransızları çayın yarışlar üçün yararlı olduğuna inandırmayıb. Sosial şəbəkə istifadəçiləri suyun keyfiyyətinə şübhə ilə yanaşıblar.

QAZİLER.AZ

Diaspora