Polşa Belarusla sərhəddə genişmiqyaslı “Təhlükəsiz Polşa” əməliyyatı hazırlayır. Buraya 17 min hərbçi cəlb olunacaq.
Qaziler.az bildirir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Komışın sözlərini RMF24 sitat gətirir.
Polşa Müdafiə Nazirliyinin rəhbəri daxili işlər naziri Tomaş Siemonyak ilə birgə ölkənin şərq sərhədinin möhkəmləndirilməsi ilə bağlı birgə iclas keçirib.
Belarusla sərhəddə “Təhlükəsiz Polşa” əməliyyatı avqustun 1-dən başlayır. Buraya 17 minə yaxın əsgər cəlb olunacaq. Əməliyyata 18-ci Mexanikləşdirilmiş Diviziya rəhbərlik edəcək.
Müdafiə naziri bildirib ki, polis zabitləri, o cümlədən Kosovo missiyasında iştirak edənlər sərhəddə əsgərlərə təlim keçmək üçün göndərilib.
Polşa da şərq sərhədində bufer zonanın yaradılmasını müsbət qiymətləndirib. Polşa rəsmilərinin sözlərinə görə, sərhədi qanunsuz keçmə cəhdlərinin sayı iki dəfə azalıb.
QAZİLER.AZ