İyulun 17-də Ukraynanın Lvov vilayətində marşrut avtobusu və avto-qatarı toqquşub. Qəza nəticəsində 4 nəfər ölüb, biri 4 yaşlı uşaq olmaqla 7 nəfər yaralanıb.
Qaziler.az RBK-Ukrayna-ya istinadən bildirir ki, bu barədə Lvov vilayətinin polis idarəsindən məlumat verilib.
"Bu gün, iyulun 17-də yerli vaxtla saat 10.10 radələrində Mukaçevo - İvano-Frankivsk - Lvov avtomobil yolunun Lvov rayonunun Davıdov kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib", - məlumatda deyilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının əvvəlcədən müəyyən etdiyi kimi, Lvov-Vıbranovka marşrutu ilə hərəkət edən BAZ markalı avtobus və MAN avto- qatarı toqquşub.
“Toqquşma nəticəsində qatarın sürücüsü və avtobusun 3 sərnişini həlak olub, avtobusun sürücüsü və mikroavtobusun 6 sərnişini, o cümlədən 4 yaşlı uşaq xəsarət alaraq xəstəxanaya yerləşdirilib", deyə polis idarəsindən verilən məlumatda deyilir.
QAZİLER.AZ