Cənubi Koreya Şimali Koreyanın sərhədə yerləşdirdiyi minaların daşqınlar nəticəsində cənuba doğru sürüklənə biləcəyi barədə xəbərdarlıq edib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Cənubi Koreya Baş Qərargahı məsələ ilə bağlı jurnalistlərə yazılı açıqlama verib.
Açıqlamada Şimali Koreyanın sərhədə yerləşdirdiyi minaların yay yağışlarının səbəb olduğu daşqınlar səbəbilə Cənubi Koreyaya sürüklənə biləcəyi xəbərdarlığı edilib.
Açıqlamada Şimali Koreyanın da təxribat məqsədilə çaydan minaları bilərəkdən sürükləyə biləcəyi, “intensiv sərhəd işləri” zamanı Şimali Koreya ordusunun təxminən 10 mina partlaması və müxtəlif insidentlər səbəbindən “çoxlu itkilər” verdiyi bildirilib.
Məlumatda Cənubi Koreya ordusunun Şimalın mümkün təxribatlarını dəf etmək üçün hazırlıqları gücləndirdiyi bildirilib.
QAZİLER.AZ