Qərb Ukraynanın müharibədə uduzmasına imkan verə bilməz, çünki...- Duda

Qərb Ukraynanın müharibədə uduzmasına imkan verə bilməz, çünki...-  Duda backend

Ukrayna və dünya ölkələri Rusiyanın təcavüzünə birgə müqavimət göstərməlidir. Qərb Ukraynanın uduzmasına icazə versə, bu, Rusiya ilə NATO arasında müharibə ehtimalını xeyli yaxınlaşdıracaq.

Qaziler.az  "Wirtualna Polska"ya istinadən xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda deyib.

"Ukrayna və azad dünya Rusiyanın təcavüzünə qarşı birlikdə dayanmalı və qalib gəlməlidir. Çünki biz Ukraynanın uduzmasına imkan versək, o zaman Rusiya ilə Qərb arasında potensial müharibə son dərəcə yaxın olacaq", - o deyib.

Eyni zamanda o qeyd edib ki, “biz rus imperializmini dəf etməsək və (Rusiya diktatoru Vladimir - red.) Putinin bu qəddar bıçağını kütləşdirməsək, o zaman bu acgöz rus canavarı getdikcə daha çox hücum etmək istəyəcək”.

Duda qeyd edib ki, Qərb Rusiya ilə mümkün qarşıdurmaya qədər günləri saymaqla yox, hərəkətlərlə məşğul olmalıdır.

QAZİLER.AZ

Diaspora