Aİ Rusiyaya qarşı sanksiyaların altı ay müddətinə uzadılmasına razılaşıb

Aİ Rusiyaya qarşı sanksiyaların altı ay müddətinə uzadılmasına razılaşıb backend

Avropa İttifaqı ölkələrinin Daimi Nümayəndələr Komitəsi 2014-cü ildə təşkilatın Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların daha altı ay müddətinə, 2025-ci ilin yanvar ayının sonuna qədər uzadılması barədə razılığa gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-dəki diplomatik mənbə bildirib.

“Aİ səfirləri təşkilatın Rusiyaya qarşı iqtisadi sanksiyalarının altı ay müddətinə uzadılması ilə bağlı razılığa gəliblər”,- o qeyd edib.

Məlumata görə, bu qərar rəsmi olaraq iyulun 22-də Aİ xarici işlər nazirlərinin görüşündə təsdiqlənəcək.

Diaspora