TikTokda məşhur olan kanadalı bloger qız 10 yaşında vəfat etdi

TikTokda məşhur olan kanadalı bloger qız 10 yaşında vəfat etdi backend

Kanadada Bella Brave təxəllüsü ilə tanınan on yaşlı TikTok bloggeri Bella Tompson vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə Kanadanın CBC televiziya şirkəti məlumat yayıb.

Uşağın anası Kayla Tomson bildirib ki, qızı iyulun 14-də ağciyərlərində problemlər yarandıqdan sonra bir neçə gün tibbi səbəbli komada qaldıqdan sonra vəfat edib.

“Bella qucağımızda dünyasını dəyişdi. Xahiş edirəm onun adını dodaqlarınızda, xatirələrini canlı, cəsarətini ürəyinizdə saxlayın”, – qızın anası İnstaqram sosial şəbəkəsində yazıb 

Bella Tompson cırtdanlıq da daxil olmaqla üç genetik xəstəliklə doğulub. 2023-cü ildə o, bağırsaq transplantasiyası əməliyyatı keçirib. Kaylanın sözlərinə görə, qız həyatı boyu min gecədən çox xəstəxanada olub.

2021-ci ildə Bella anası ilə birlikdə ruhlandırıcı videolar yerləşdirdiyi TikTok-da məşhurlaşdı.

QAZİLER.AZ

Diaspora