İsrailin Qəzzaya hücumu nəticəsində daha bir jurnalist həyatını itirib

İsrailin Qəzzaya hücumu nəticəsində daha bir jurnalist həyatını itirib backend

İsrail ordusunun Qəzza zolağına hücumları zamanı daha bir jurnalist həyatını itirib.

Qaziler.az bildirir ki, yerli hökumətin Qəzzadakı media ofisindən verilən açıqlamada deyilir: “Həmkarımız, "Səvt əl-Əqsa" radiosunun proqram rəhbəri, jurnalist Məhəmməd Abdullah Mişmiş şəhid olub.

Açıqlamada Qəzza zolağına qarşı hücumların başladığı gündən həyatını itirən jurnalistlərin sayının 160-a yüksəldiyi, lakin Mişmişin hansı hücumda öldüyü ilə bağlı məlumat paylaşılmadığı bildirilib.

Media ofisindən əvvəlki açıqlamada İsrailin “Fələstinin səsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün” Qəzzada jurnalistlərin qəsdən öldürdüyü bildirilmişdi.

QAZİLER.AZ

Diaspora