Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Rusiya və Ukraynada 3100 hərbi əsirə baş çəkib.
Qaziler.az “NEWS.ru”ya istinadla bildirir ki, bunu Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova öz teleqram kanalında bildirib. O, həmçinin qeyd edib ki, bu məsələ ilə bağlı təşkilatın Belarusdakı regional nümayəndə heyətinin rəhbəri Boris Mişel ilə əlaqə saxlayır. Ombudsman belə məlumatların hansı dövr üçün götürüldüyünü açıqlamayıb.
“Son məlumatlara görə, BQXK əməkdaşları Rusiya və Ukraynada 3100 hərbi əsirə baş çəkə biliblər. Cənab Mişelin dediyi kimi: “Bu səfərlər hərbi əsirlərin özləri və yaxınları üçün çox vacibdir, çünki onlar öz qohumları haqqında xəbər gözləyirlər”, - Rusiya Ombudsmanı bildirib.
QAZİLER.AZ