Latviya sakinləri Rusiya Federasiyası ilə mümkün silahlı münaqişəyə hazırlaşaraq sovet qarajlarını aktiv şəkildə almağa başlayıblar.
Qaziler.az xəbər verir ki, bu barədə “The Times” yazır.
Qaraj sahiblərindən biri nəşrə şikayət edib ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başlayandan bəri rus qoşunlarının Latviyaya daxil olacağı təqdirdə nələr edilə biləcəyi barədə danışılır.
“Necə qaça bilərik? Müzakirə etdiyimiz mümkün variantlardan biri çayla üzmək və daha sonra dənizlə qaçmaqdır. Bunu Krasta küçəsindəki qarajlardan edə bilərdik. Bu, A planı deyil, amma mümkündür”, - latviyalı bildirib.
Yerli sakinlər öz qarajlarında ehtiyat ləvazimat və generatorlar da saxlayırlar.
QAZİLER.AZ