Litva prezidenti Gitanas Nauseda briqada generalı Raymundas Vaykşnorası ölkənin Silahlı Qüvvələrinin komandanı təyin edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Delfi” məlumat yayıb.
Litva ordusunun əvvəlki baş komandanı general Valdemaras Rupşis xidmət müddətini başa vurduğu üçün vəzifəsini tərk edib. Vaykşnorasın sözügedən vəzifəyə namizədliyini Litva parlamentinə şəxsən Nauseda təklif edib. Briqada generalı 20 iyun 2024-cü ildə Litva Seymi tərəfindən yekdilliklə təsdiq edilib.
Vaykşnoras Əfqanıstanın işğalında iştirak edib, general Yonas Jemaitis adına Litva Hərbi Akademiyasını, eləcə də ABŞ Ordusunun Hərbi Kollecini bitirib. Qeyd edilib ki, briqada generalı Vaykşnoras Litva ordusunun Sovet Ordusunda xidmət etməyən ilk baş komandanıdır.
QAZİLER.AZ