Lukaşenko: "Biz döyüşmək istəmirik"

Lukaşenko: "Biz döyüşmək istəmirik" backend

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, o, Litva və Polşanın problemləri diplomatiya yolu ilə həll etmək istəyində qarşılıqlı münasibət görmür.

Onun sözlərini BELTA agentliyi yayıb.

“Unutmayın və bilin ki, biz döyüşmək istəmirik. Biz ancaq başqasının çəkməsi torpağımıza ayaq basanda vuruşacağıq. Biz diplomatik yolla, ilk növbədə qonşularımızla münasibətlərimizi tənzimləmək üçün hər şeyi edəcəyik”, - deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, Belarus tərəfi Litva və Polşa ilə münasibətləri tənzimləməyi təklif edir, lakin hazırda bu ölkələr tərəfindən qarşılıqlı münasibət görmür.

QAZİLER.AZ

Diaspora