ABŞ Avstraliya üçün nüvə sualtı qayıqları istehsalında problemlərlə üzləşib və qrafikdən geri qalır.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
2021-ci ildə elan edilən ABŞ-ın İngiltərə və Avstraliya ilə sualtı qayıq və silah texnologiyalarının paylaşılması müqaviləsi Çinə qarşı ittifaq yaratmaq məqsədi daşıyıb. Məqalədə üç il sonra tənqidçilər AUKUS alyansı altında müdafiə tərəfdaşlığının az irəliləyiş əldə etdiyi deyilir.
“Bloomberg” vurğulayır ki, müqavilənin əsas məqamı köhnəlmiş Avstraliya sualtı qayıqlarını əvəz etmək və Sakit okeanda tutumunu artırmaq üçün ABŞ nüvə hücum sualtı qayıqlarını satmaq planıdır.
QAZİLER.AZ