İsrail Fələstinin HƏMAS qruplaşması ilə danışıqların harada aparılması məsələsini vasitəçilərlə birlikdə həll edir.
Qaziler.az xəbər verir ki, bu barədə TASS-a İsrailin baş naziri Binyamin Netanyahu ofisinin müşaviri Dmitri Gendelman bildirib.
Onun sözlərinə görə, İsrail hazırda Qəzza zolağından girovların qaytarılması ilə bağlı danışıqları bərpa etmək məqsədilə beynəlxalq vasitəçilərlə daim əlaqə saxlayır.
"Hazırda növbəti danışıqların yeri ilə bağlı məsələlər müzakirə olunur”, - Gendelman deyib.
Onun sözlərinə görə, onlar Misir və ya Qətərdə fəaliyyətini bərpa edə bilərlər.
QAZİLER.AZ