Macarıstanın Aİ Şurasında səsvermə hüququndan məhrum edilməsi tələb edilib

Macarıstanın Aİ Şurasında səsvermə hüququndan məhrum edilməsi  tələb edilib backend

Avropa Parlamentinin 63 deputatdan ibarət qrupu Budapeştin Aİ Şurasında səsvermə hüququndan məhrum edilməsi təşəbbüsü ilə çıxış edib.

Qaziler.az “Politico”ya istinadla xəbər verir ki, buna səbəb Macarıstanın baş naziri Viktor Orbanın sülh təşəbbüsləri olub.

Parlamentarilər Avropa Komissiyasının sədri Ursula fon der Leyenə müraciət ediblər. Məktubda Orbanın Avropa İttifaqı Şurasının sədri vəzifəsindən sui-istifadə edərək “böyük zərər verdiyi” deyilir. Deputatlar həmçinin hesab edirlər ki, o, Rusiya və Çinə səfərləri zamanı “səlahiyyətlərini qəsdən təhrif edib.

Deputatlar həmçinin vurğulayıblar ki, bu vəziyyətin sadə şifahi qınaqları heç bir effekt vermir.

QAZİLER.AZ

Diaspora