Roskomnadzor “Google”un baş direktoru Sundar Piçaya müraciət edərək rusiyalı jurnalistlərin, ictimai xadimlərin və hakimiyyət orqanlarının “YouTube” kanallarının blokdan çıxarılmasını xahiş edib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, söhbət 200-dən çox hesabdan gedir.
Roskomnadzor “Google”un baş direktoru Sundar Piçaya Rusiya KİV-lərinin, federal hakimiyyət orqanlarının, müəssisələrin və idman klublarının, eləcə də müxtəlif ictimai, siyasi və musiqi xadimlərinin 200-dən çox “YouTube” hesabının blokdan çıxarılması barədə tələb göndərib.
“YouTube” videohostinqi təkcə 2024-cü ilin əvvəlindən Rusiyanın 83 kanalını bloklayıb. Amerikanın “Google LLC” şirkətinə məxsus “YouTube” xidməti yerli dövlət mediasının hesablarını, Rusiyanı və hakimiyyətin hərəkətlərini dəstəkləyən məşhur yazıçı və sənətçilərin kanallarını kütləvi şəkildə bloklayır.
QAZİLER.AZ