"Rusiya ABŞ-nin daxili işlərinə qarışmır, amma diqqətlə izləyirik" - Peskov

"Rusiya ABŞ-nin daxili işlərinə qarışmır, amma diqqətlə izləyirik" - Peskov backend

“Rusiya heç vaxt ABŞ-də daxili siyasi proseslərə qarışmayıb və bu mövqedən çıxış etməkdə davam etmək niyyətindədir".

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Moskva bu ölkədə baş verənləri, o cümlədən ABŞ Müdafiə Nazirliyinə digər ölkələrlə müqayisədə daha çox pul xərclədiyinə görə diqqətlə izləyir.

“Biz heç vaxt ABŞ-da daxili siyasi proseslərə qarışmamışıq və müdaxilə etmək niyyətində də deyilik. Başqa şey odur ki, bütün dünya kimi biz də orada baş verənləri çox diqqətlə izləyirik”, - Peskov izah edib.

Mətbuat katibi xatırladıb ki, ABŞ dünyanın ən böyük iqtisadiyyatına malikdir, hərbi baxımdan ən güclü ölkədir və Pentaqonun ehtiyacları üçün külli miqdarda vəsait ayırır. Onun sözlərinə görə, bu tip ölkədə prezident seçkiləri zamanı baş verən zorakılıqlar bütün dünyada narahatlıq doğurur.

QAZİLER.AZ

Diaspora