İsveçrə və NATO Cenevrədə yerləşən beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əlaqələri inkişaf etdirmək üçün adıçəkilən şəhərdə alyansın ofisinin açılması haqqında saziş imzalayıblar.
Bu barədə İsveçrə Federal Şurası məlumat yayıb.
“Bu ofisin hüquqi statusu ilə bağlı saziş bazar ertəsi Berndə İsveçrə Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq Direksiyasının rəhbəri Frans Perre və NATO-nun Hüquq Məsələləri Bürosunun direktoru Con Svords tərəfindən imzalanıb”, - hökumətin bəyanatında deyilir.
Məlumata görə, NATO həmçinin Cenevrədə orada yerləşən beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqə yaratmaq üçün çoxtərəfli əlaqələr ofisini açacaq.
Report.az