"Kiyev Rusiya tərəfini ikinci sülh sammitinə dəvət edərsə, Birləşmiş Ştatlar Ukraynanı dəstəkləyəcək”.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlama yayıb. Onun sözlərinə görə, yekun qərar Kiyevdə qalır.
“Əgər onlar (Ukrayna hakimiyyəti) Rusiyanı bu sammitə dəvət etmək istəyirlərsə, təbii ki, biz bunu dəstəkləyirik”, - deyə o, brifinqdə bildirib.
Millerin sözlərinə görə, Moskvanın dəvət edilib-edilməyəcəyinə hələlik Ukrayna hakimiyyəti qərar verəcək. Daha əvvəl Volodimir Zelenski ikinci sammitdə Rusiya nümayəndələrinin iştirak edəcəklərinə hazırlıq barədə məlumat vermişdi. Tədbirin isə noyabr ayında keçiriləcəyi planlaşdırılır.
QAZİLER.AZ