İtaliyada 4 nəfər güclü istilərin qurbanı olub

İtaliyada 4 nəfər güclü istilərin qurbanı olub backend

İtaliyada son iki gündə ölkədə baş verən güclü istilər səbəbindən dörd nəfər ölüb.

Qaziler.az xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.

Xüsusilə, həftə sonu Bari yaxınlığındakı Giovinazzo çimərliyində 70 yaşlı bir kişi huşunu itirərək ölüb.

Digər iki ölüm hadisəsi Puglianın cənub bölgəsindəki çimərliklərdə baş verib.

Hazırda İtaliyanın 11 şəhəri qırmızı istilik xətti altındadır. Hava o qədər istidir ki, təkcə həssas əhali üçün yox, aktiv, sağlam insanlar üçün də təhlükə yaradır.

Güclü istilərin ən azı ayın sonuna qədər davam edəcəyi proqnozlaşdırılır.

QAZİLER.AZ

Diaspora