Ramzan Kadırov Çeçenistandakı partlayışla bağlı paylaşım etdi

Ramzan Kadırov Çeçenistandakı partlayışla bağlı paylaşım etdi backend

Çeçenistanın lideri Ramzan Kadırov Çeçenistanın İtum-Kalinski rayonunun Başin-Kali kəndində iri tikinti meydançasında qaz balonlarının partlaması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Qaziler.az xəbər verir ki, Ramzan kadırov bu barədə özünün teleqram kanalında paylaşıb.

Paylaşımda qeyd olunub ki, beş nəfər həyati təhlükəsi olmayan xəsarətlər alıb. Daha 26 nəfər, o cümlədən Dağıstan sakinləri yaralanıb. İndi onlara rayon tibb müəssisələrində tibbi yardım göstərilir. Kadırov onların tezliklə sağalmalarını arzulayıb, lazım gələrsə, şəhərdən kənarda müalicə alacaqlarını qeyd edib. O, Dağıstanın rəhbəri Sergey Melikova, Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə, yanğınsöndürmə xidmətinə, hər cür köməklik göstərən həkimlərə minnətdarlığını bildirib.

“Mənim tapşırığım əsasında müvafiq xidmətlərin əməkdaşları dərhal hadisə yerinə gediblər. Baş verən hadisənin səbəbləri müəyyənləşdirilir. İnsanların təhlükəsizliyi bizim əsas prioritetimizdir”, - Kadırov qeyd edib.

QAZİLER.AZ

Diaspora