Ukraynalı qaçqınların Litvada təhsil alması dayandırılır

Ukraynalı qaçqınların Litvada təhsil alması dayandırılır backend

Litva hökuməti Ukraynadan olan qaçqınlar üçün ali təhsil proqramının maliyyələşdirilməsini dayandırmaq qərarına gəlib.

Qaziler.az bildirir ki, bu barədə yerli LRT nəşri xəbər verib. Qeyd olunub ki, bu haqda Vilnüs Kiyevdən sorğu alıb.

“Bu, Ukrayna tərəfinin istəyidir. Ukraynada ali təhsil müəssisələri var və hazırda təhsili başqa yerə köçürməyə ehtiyac yoxdur”, - Litvanın Təhsil, Elm və İdman Nazirliyi qeyd edib.

Materialda deyilir ki, ölkə hakimiyyəti artıq imtahan vermiş və Litva universitetlərinə daxil olmuş ukraynalıların təhsil haqlarını kompensasiya etməyə davam edəcək, lakin sentyabr ayından qaçqınların qəbulu başa çatacaq.

QAZİLER.AZ

Diaspora