Ukraynada sülh üzrə ikinci konfransa hazırlıq məqsədilə 3 görüş keçiriləcək.
APA-nın “Korrespondent.net”ə istinadən xəbərinə görə, bunu adı çəkilən ölkənin Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, ilk görüş Qətərdə energetika məsələləri ilə bağlı, ikinci görüş Türkiyədə Qara dənizdə gəmilərin sərbəst və təhlükəsiz keçidinin təminatı məsələsi ilə bağlı və üçüncü görüş isə Kanadada humanitar məsələlərlə bağlı olacaq.
Ukrayna lideri deyib ki, bu məsələdə razılıq əldə olunsa, noyabrda Rusiyanın iştirakı ilə daha bir konfransın təşkili məsələsinə baxılacaq.