Oktyabrın 27-də Fransa parlamentinin deputatları Suriya prezidenti Bəşər Əsədlə görüşəcəklər.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlarda əsasən Yaxın Şərqdə xristian əhalisinin hazırkı durumu müzakirə ediləcək.Nümayəndə heyətinə Fransa parlamentinin aşağı palatasının müxalif “Respublikaçılar” partiyasının deputatı Jan-Frederik Puason rəhbərlik edəcək. Onunla birgə Dəməşqə partiyadaşı Ksavye Breton və müstəqil deputat Veronik Bess yola düşəcəklər.
AFP agentliyinin məlumatına görə, fransalı deputatlar oktyabrın 27-də Dəməşqdə Suriya prezidenti Bəşər Əsəd tərəfindən qəbul ediləcəklər.