İraqın şimalında Metina və Qara bölgələrində, Suriyanın şimalında isə "Barış pınarı" bölgəsində 17 terrorçu zərərsizləşdirilib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.
Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bu ifadələr yer alıb: "Terrorçular üçün qaçacaq yer, onlar üçün təhlükəsiz ərazi yoxdur. Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Metina və Qara bölgələrində 14 PKK terrorçu, Suriyanın şimalındakı "Barış Pınar"ı bölgəsində 3 PKK/YPG terrorçusunu müəyyən edərək zərərsizləşdirdi".
QAZİLER.AZ