Avropa Birliyindəki bir çox ölkə artan turist sayına qarşı tədbir görməyə başlasa da, Danimarkanın paytaxtı Kopenhagen pulsuz içkilər və xizək sürmək kimi imtiyazlarla ölkəyə iqlim dostu və xeyirxah səyahətçiləri cəlb etməyi planlaşdırır.
Qaziler.az bildirir ki. bu barədə TRT-Haber xəbər verir.
İspaniyanın Barselona şəhərində həddindən artıq turizmin yaratdığı izdihamdan bezən insanlar turistlərə su tapançasından su çiləyiblər.
Bir çox şəhərlər bir günlük səyahət edənlərdən giriş haqqı almağa başladılar.
Bunun müqabilində Kopenhagendəki turistlərə məsuliyyətli davrandıqları müddətcə maddi və digər stimullar veriləcək.
Danimarkanın paytaxtı həddən artıq çox turist yükü altında sıxılan digər səyahət yerlərindən fərqli olaraq, yalnız məsuliyyətli, sosial və ekoloji maarifləndirmə biliklərinə malik səyahətçiləri cəlb etməyə çalışır.
Milli Turizm Şurası iqlimə uyğun, davamlı davranışı təşviq etmək üçün proqrama başlayıb.
Bazar ertəsindən velosiped sürməyi, ictimai nəqliyyatdan istifadə etməyi və ya limanda və ya şəhər parklarında bağçılıq və ya zibil toplamaq kimi yüngül işlərlə məşğul olanları mükafatlandıracaq.
Yenidən istifadə oluna bilən qəhvə fincanı ilə gələnlər seçilmiş məkanlarda pulsuz kofe ala bilərlər, bəzi kafelərdə pulsuz içkilər və ya şəhərin süni xizək enişi kompleksində sərf olunan əlavə vaxt kimi yaxşı davranış müqabilində digər üstünlüklər təklif olunacaq.
QAZİLER.AZ