Türkiyə hüquq-mühafizə orqanlarının ölkənin xarici nümayəndəlikləri ilə əlaqələndirilmiş şəkildə göstərdiyi səylər nəticəsində 31 dövlətdən Fətullah Gülənin terror təşkilatında (FETÖ) iştirak edən 136 nəfərin ekstradisiya olunmasına nail olunub.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, bu barədə iyulun 13-də Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, əməliyyat məlumatlarına əsasən, hazırda FETÖ üzvlərinin təxminən 16 faizi ABŞ-da, 23 faizi isə Almaniyadadır.
O qeyd edib ki, son 8 il ərzində FETÖ terrorçuları ilə əlbir olan 44 444 nəfər Türkiyə hüquq-mühafizə orqanlarından xaric edilib, 849 nəfər barəsində istintaq davam etdirilir