Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun son sammitində sülh çağırışı edən yeganə şəxs olub.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Əhməd Hakan yazıb.
Müəllif sammitin yekun bəyannaməsini müharibə çağırışları və təhdidləri ehtiva edən “terror təbliğatı” ilə müqayisə edib: "Sammitin qısa təsviri belə olub: Rusiya düşməndir. Çin düşməndir. Biz Ukraynanın Rusiya Federasiyasına qarşı müharibəsini davam etdiririk. Biz Çini təhdid etməyə davam edirik".
Köşə yazarının fikrincə, Ərdoğan atəşkəsdən, sülhün bərqərar olunmasından danışmasaydı, heç kim bu mövzunu bir daha gündəmə gətirməzdi.
Əhməd Hakan zirvədə qan, döyüş, tank və silah kimi “dəyərlər”in üzərində dayanıldığını vurğulayıb. O bildirib ki, səmimi olmasa da, dinc məqsədlər deyilməli idi