ABŞ Ədliyyə Nazirliyi “Marathon Oil” neft şirkəti ilə onun neft emalı müəssisələrinin işləməsi zamanı atmosferin zərərli tullantılarla çirklənməsi problemi ilə bağlı razılığa gəlindiyi barədə məlumat yayıb. Söhbət Şimali Dakota ştatında “Marathon Oil” şirkətinin “Fort Bertold” rezervasiyasının ərazisindəki müəssisələrindən gedir. Məhkəmələrin yekunlarına görə, şirkət 64,5 milyon dollar cərimə ödəməyə və müəssisələrini, təmizləyici qurğularını və sistemlərini modernləşdirmək üçün daha 177 milyon dollar xərcləməyə razılıq verib.
QAZÌLER.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi təmizləyici qurğular sisteminin zəif işləməsinin, həmçinin səmt qazının açıq yandırılmasının “Marathon Oil” şirkətinin atmosferə bir neçə min ton zərərli maddə buraxmasına səbəb olduğunu bildirib. Şirkət, hasilatı və istehsalı modernləşdirmək üçün görüləcək tədbirlər çərçivəsində yaxın beş ildə CO2 emissiyalarını 2,25 milyon ton, uçucu üzvi birləşmələrin (aldehidlər, spirtlər və s.) emissiyalarını isə 110 min ton azaltmalıdır. Səlahiyyətli orqanlar, bu cəzanın 1963-cü ildən tətbiq olunan Təmiz Hava Qanununu pozan “Marathon Oil” şirkəti üçün ən böyük cərimə məbləğ olduğunu bildiriblər.
Şirkətlər neft və neft məhsullarının dağılmasına görə daha böyük cərimələrə məruz qalıblar. Məsələn, Böyük Britaniyanın BP şirkəti Meksika körfəzində 2010-cu ildə “Deepwater Horizon” platformasındakı qəza nəticəsində baş vermiş böyük neft dağılmasına görə ABŞ-a təxminən 2 milyard dollar ödəyib.