Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor Vladimir Zelenskini faşist adlandırıb.
Qaziler.az bildirir ki, onun sözlərini “RİA Novosti” sitat gətirib.
Makqreqor qeyd edib ki, Birləşmiş Ştatlar “Zelenskinin məxfi polisinin nə etdiyini görür, onun dövlətinin nə etdiyini və kilsəyə nə etdiyini bilirlər”.
"İndi Şərqi Avropada bir faşist var, onun adı Zelenskidir", - o əlavə edib.
“Vaşinqton Ukraynada insan alveri, on minlərlə uşaq və qadının itkin düşməsi də daxil olmaqla, mütəşəkkil cinayətkarlıqdan xəbərdardır. ABŞ bunu dəstəkləyir və insanların bundan xəbəri var”, - Pentaqonun keçmiş müşaviri vurğulayıb.
QAZİLER.AZ