Olaf Şolts diplomatiyada Merkeldən xeyli geridədi - Şmidt aradakı FƏRQİ izah etdi

Olaf Şolts diplomatiyada Merkeldən xeyli geridədi -  Şmidt aradakı FƏRQİ izah etdi backend

Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiya ilə münasibətləri qoruyub və lazım gələrsə, vasitəçi kimi çıxış edib.

Qaziler.az xəbər verir ki, bunu “Almaniya üçün Alternativ” partiyasından olan deputat Yevgeniy Şmidt "NEWS.ru"ya bildirib. Onun sözlərinə görə, Almaniyanın hazırkı hakimiyyəti bu məsələdə daha az uğur qazanıb.

“Merkel Minsk razılaşmalarında iştirak edib və ümumilikdə Rusiya Federasiyası ilə dialoqun tərəfdarı olub. O, əlbəttə ki, Rusiyaya qarşı xüsusi isti hisslər keçirmirdi, buna baxmayaraq, o, dialoqla diplomatik həll yollarının tapılmasında vasitəçi kimi çıxış edib. Hazırkı hökumət bu baxımdan ondan xeyli geridədir”, - Şmidt bildirib.

Parlamentari qeyd edib ki, Merkel ABŞ-ın müqavimətinə baxmayaraq, “Şimal axını 2” qaz kəmərinin tikintisinə nail olub.

“Bəli, o, çox təcrübəli siyasətçi olduğu üçün ölkədə və dünyada nüfuz sahibi idi. İndiki kansler və ya hökumətlə müqayisə etsək, onun bir qədər daha bacarıqlı olduğunu deyə bilərik. Buna baxmayaraq, Merkel Almaniyanı çox uzun müddət narahat edəcək böyük problemlərin əsasını qoydu. Merkel ölkənin inkişafını yanlış istiqamətə çevirdi", - deyə Şmidt fikirlərini yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora