“Qərb Rusiya ilə Çin arasında münasibətlərin inkişafından və Ukraynada istənilən nəticələrin əldə edilməməsindən ciddi narahatdır”.
Qaziler.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Biz güclülərin hökmran olduğu dünya nizamı ilə qarşı-qarşıyayıq. Məsələn, Rusiya Çinlə həmrəydir. Bu isə Qərbi ciddi şəkildə narahat edir”, - deyə o bildirib.
Türkiyə lideri qeyd edib ki, Qərb dövlətləri Ukraynaya maliyyə və maddi dəstək verir, lakin Ukraynada gözlədikləri nəticəni hələ əldə etməyiblər.
Eyni zamanda, Ərdoğan qeyd edib ki, Ankaranın bu kontekstdə mövqeyi fərqlidir, çünki Türkiyə həm Rusiya, həm də Ukrayna ilə əlaqə saxlayır.
QAZİLER.AZ