Rusiya ilə sərhədlərin açılması təhlükəsizlik şəraitindən asılıdır.
Qaziler.az TASS-a istinadla bildirir ki, bunu Finlandiyanın daxili işlər naziri Mari Rantanen deyib.
O, vurğulayıb ki, qaçqınların geri qaytarılması haqqında qanunun qəbulu keçid məntəqələrində məhdudiyyətlərin aradan qaldırılması demək deyil. O, müvafiq təşəbbüsün təsdiqindən sonra sərhədlərin açılmasını gözləməklə bağlı sualı cavablandırarkən bu cür şərh verib.
“Keçid məntəqələrində təhlükəsizlik daim nəzarətdə saxlanılır və məsul şəxslər sərhəddə təhlükəsizliyin yaxşılaşdığını bildirən kimi açılacaq”, - Rantanen bildirib.
QAZİLER.AZ