Çin hakimiyyəti Tayvana silah tədarükündə iştirak edən bir neçə Amerika sənaye şirkətinə, o cümlədən onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, məlumat Çin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.
Departament ABŞ-nin öz hərəkətləri ilə Çinin ərazi bütövlüyünə xələl gətirdiyini vurğulayıb.
Bəyanatda qeyd edilib ki, ÇXR-in Xarici Sanksiyalara Qarşı Qanununun 3, 4, 5, 6, 9 və 15-ci maddələrinə uyğun olaraq, Çin ABŞ-nin aşağıdakı hərbi sənaye müəssisələri və onların yüksək səviyyəli rəhbərliyinə qarşı əks tədbirlər görməyə qərar verib.
Qeyd olunur ki, Amerika tərəfinin Çindəki mövqeyi respublikanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir və vahid Çin prinsipini pozur. Məhdudiyyətlərin bir hissəsi kimi Pekinin Amerika müəssisələrinin aktivlərini və əmlakını donduracağı dəqiqləşdirilir.
QAZİLER.AZ