Şimali Atlantika Şurasının iclasında iştirak edən dövlət və hökumət başçılarının Vaşinqton sammitinin bəyannaməsi dərc olunub.
Qaziler.az-ın Gürcüstan mətbuatına istinadən məlumatına görə, bəyannamədə Gürcüstanın da adı çəkilir: “Biz həmçinin Rusiyanı Moldova Respublikası və Gürcüstandan onların razılığı olmadan orada yerləşən bütün qoşunlarını çıxarmağa çağırırıq”. Bu haqda sənədin 17-ci bəndində deyilir.
Bundan əlavə, Qərbi Balkanlar və Qara dəniz regionuna istinad edərkən NATO-nun bu regionlardakı ölkələrin Avro-Atlantik istəklərini dəstəklədiyini vurğulayır.
Bəyannamədə qeyd edilir ki, bu regionlar Alyans üçün strateji əhəmiyyətə malikdir və NATO onların təhlükəsizliyinə və sabitliyinə sadiq qalır.
QAZİLER.AZ